Tərtər. Trend:
Tərtər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in Qarabağ bürosunun məlumatına görə, qəza rayonun Kəbirli kəndi ərazisində qeydə alınıb.
Belə ki, Kəbirli kənd sakini Müşfiq Məmmədovun idarə etdiyi “Ford” markalı avtomobil əks istiqamətdə hərəkət edən Xoruzlu kənd sakini Adəm Ağalarovun idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub
Nəticədə hər iki nəqliyyat vasitəsinin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Tərtər Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
