Bakıda Tacikistanın dövlət müstəqilliyinin 35 illiyinə həsr olunmuş tədbir keçirilib (FOTO) (YENİLƏNİB)

Siyasət Xəbər 4 Sentyabr 2026 19:35 (UTC +04:00)
Bakıda Tacikistanın dövlət müstəqilliyinin 35 illiyinə həsr olunmuş tədbir keçirilib (FOTO) (YENİLƏNİB)
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Sentyabrın 4-də Bakıda Tacikistan Respublikasının dövlət müstəqilliyinin 35-ci ildönümünə həsr olunmuş təntənəli tədbir keçirilib.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, mərasim Tacikistanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub.

Tədbirdə Azərbaycan Respublikasının dövlət orqanlarının nümayəndələri, diplomatik nümayəndəliklərin rəhbərləri, Azərbaycanın siyasi, biznes, elm və mədəniyyət dairələrinin nümayəndələri, parlament deputatları, habelə media nümayəndələri iştirak ediblər.

Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri İlhom Abdurahmon tədbir iştirakçılarını salamlayaraq müstəqillik illərində ölkənin siyasi, sosial-iqtisadi və mədəni sahələrdə əldə etdiyi mühüm nailiyyətlərdən bəhs edib. Çıxışında o, xüsusi olaraq Millətin Lideri, Tacikistan Respublikasının Prezidenti möhtərəm Emoməli Rəhmonun müasir Tacikistan dövlətçiliyinin möhkəmləndirilməsində, sülh və milli birliyin təmin edilməsində, habelə ölkənin ardıcıl inkişafında mühüm rolunu vurğulayıb.

Tədbirin fəxri qonağı – Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev – təbrik çıxışında Tacikistanı Dövlət Müstəqilliyinin 35-ci ildönümü münasibətilə səmimi qəlbdən təbrik edib, Tacikistan və Azərbaycan arasında mövcud olan ikitərəfli əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirib və dövlətlərarası dostluq münasibətlərinin və strateji tərəfdaşlığın gələcəkdə daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti