Tacikistan sosial-iqtisadi inkişafda əhəmiyyətli irəliləyiş əldə edib – səfir

Siyasət Materials 4 Sentyabr 2026 21:14 (UTC +04:00)
Tacikistan sosial-iqtisadi inkişafda əhəmiyyətli irəliləyiş əldə edib – səfir
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı. Trend:

Tacikistan dövlət müstəqilliyi illərində sosial-iqtisadi inkişaf sahəsində əhəmiyyətli irəliləyiş əldə edib.

Trend-in tədbirdə iştirak edən müxbirinin verdiyi məlumata görə, bunu Tacikistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İlhom Abdurəhmon Bakıda Tacikistanın dövlət müstəqilliyinin 35-ci ildönümü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

“Ölkəmiz müstəqillik əldə etdikdən sonrakı illər ərzində sosial-iqtisadi inkişaf sahəsində əhəmiyyətli irəliləyiş əldə edib”, - deyə səfir bildirib.

Onun sözlərinə görə, son on il ərzində ölkənin ÜDM-i 3,4 dəfə artıb, orta illik iqtisadi artım isə 7,6% təşkil edib.

İ. Abdurəhmon bildirib ki, 2025-ci ildə Tacikistanın ÜDM-i 173 milyard somoniyə çatıb, iqtisadiyyatın real artımı isə 8,4% təşkil edib.

Səfir, həmçinin ölkə əhalisinin sayının 1991-ci ildəki 5,3 milyon nəfərdən 2026-cı ildə 10,7 milyon nəfərə yüksəldiyini qeyd edib. Onun sözlərinə görə, yoxsulluq səviyyəsi 19%-ə qədər azalıb.

“Bu göstəricilər həyat keyfiyyətinin yaxşılaşdırılmasına, sosial müdafiənin gücləndirilməsinə və vətəndaşlar üçün imkanların genişləndirilməsinə yönəlmiş ardıcıl dövlət siyasətinin nəticələrini əks etdirir”, - deyə diplomat vurğulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti