ABŞ İranla qarşılıqlı anlaşma memorandumuna qayıtmağı planlaşdırmır - FT

Dünya xəbərləri Materials 4 Sentyabr 2026 10:12 (UTC +04:00)
ABŞ İranla qarşılıqlı anlaşma memorandumuna qayıtmağı planlaşdırmır - FT
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ hakimiyyəti İranla münaqişənin qarşılıqlı anlaşma memorandumu vasitəsilə həllini nəzərdən keçirmir.

Bu barədə “Financial Times” (FT) qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qəzetin məlumatına görə, ABŞ Prezidenti Donald Trampın administrasiyası memorandum əvəzinə təkcə Hörmüz boğazı ilə deyil, həm də Tehranın nüvə proqramı ilə bağlı müddəaları əhatə edən daha geni əhatəli saziş bağlamağı planlaşdırır.

Nəşr həmçinin yazır ki, ABŞ və İran arasında danışıqlar artıq aparılmır. Lakin adı açıqlanmayan diplomatların sözlərinə görə, vasitəçilər Tehran və Vaşinqton arasında rabitə kanallarını açıq saxlayıblar və yeni saziş üçün zəmin yaratmağa çalışırlar.

Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə gəlib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti