Gömrük nəzarətindən gizlədilən 654,9 karat brilyant aşkar edilib

Hadisə Materials 3 Sentyabr 2026 10:49 (UTC +04:00)
Gömrük nəzarətindən gizlədilən 654,9 karat brilyant aşkar edilib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda gömrük nəzarətindən gizlədilərək ölkəyə gətirilməsinə cəhd göstərilən külli miqdarda brilyant qaşlar aşkar edilib.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Şarja-Bakı aviareysi ilə ölkəyə gələn iki Azərbaycan vətəndaşı gömrük yoxlamasına cəlb edilib.

Gömrük baxışı zamanı həmin şəxslərin üzərində gömrük nəzarətindən gizlədilmiş bağlamalar aşkarlanıb. Bağlamalara baxış zamanı onların içərisində brilyant qaşların olduğu müəyyən edilib.

Keçirilmiş ekspertizanın rəyinə əsasən, aşkarlanan brilyant qaşların ümumi çəkisi 654,90 karat təşkil edib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti