"Qalatasaray" danimarkalı müdafiəçisi ilə yollarını ayırıb

İdman Materials 3 Sentyabr 2026 05:43 (UTC +04:00)
"Qalatasaray" danimarkalı müdafiəçisi ilə yollarını ayırıb

Bakı. Trend:

İstanbulun "Qalatasaray" futbol klubu danimarkalı müdafiəçisi Viktor Nelsson ilə yollarını ayırıb.

İstanbul təmsilçisi 27 yaşlı futbolçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verildiyi barədə Türkiyə Futbol Federasiyasına rəsmi bildiriş göndərib.

Qeyd edək ki, 2021-ci ilin avqustunda Danimarkanın "Kopenhagen" klubundan 7 milyon avro təzminat qarşılığında "Qalatasaray"a transfer olunan Viktor Nelsson "sarı-qırmızı" formayla meydanda keçirdiyi 144 rəsmi qarşılaşmada 4 qolla yadda qalıb.

Xəbər lenti

Xəbər lenti