ADY və Bakı Metropoliteninin əməliyyat problemlərinə innovativ həllər araşdırılacaq

Cəmiyyət Materials 2 Sentyabr 2026 10:25 (UTC +04:00)
ADY və Bakı Metropoliteninin əməliyyat problemlərinə innovativ həllər araşdırılacaq
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) və “Bakı Metropoliteni” QSC-nin qarşılaşdığı konkret əməliyyat problemlərinin innovativ texnologiyalar və startap həlləri vasitəsilə aradan qaldırılması imkanları araşdırılacaq.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov “Plug and Play × IDDA – Industry Challenge” innovasiya vörkşopunda deyib.

Onun sözlərinə görə, ADY və Bakı Metropoliteni ölkə iqtisadiyyatı, eləcə də vətəndaşların gündəlik həyatı baxımından mühüm əhəmiyyət daşıyan infrastrukturu idarə edir.

F.Osmanov bildirib ki, bu qurumların üzləşdiyi konkret əməliyyat çağırışlarının müəyyən edilməsi və onların birgə həll üçün açıq şəkildə təqdim olunması innovasiyaların tətbiqi baxımından yeni imkanlar yarada bilər.

“Bu yanaşma şirkətlərin yalnız innovativ həllərin istifadəçisi kimi deyil, eyni zamanda innovasiya prosesinin fəal iştirakçısı kimi çıxış etməsinə imkan verə bilər”, – o qeyd edib.

F.Osmanov vurğulayıb ki, vörkşopun məqsədi yalnız ümumi müzakirələrin aparılması ilə məhdudlaşmır.

“Biz istəyirik ki, bu vörkşop ümumi müzakirələrdən kənara çıxsın. Onun uğuru müəyyən edilən çağırışların keyfiyyəti, hazırlanacaq ideyaların aktuallığı və ən əsası, həmin ideyaların pilot layihələrə və tətbiq edilə bilən həllərə çevrilmə potensialı ilə ölçülməlidir”, – deyə F.Osmanov bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti