Sabunçuda avtomobildən 78 min manat oğurlayan şəxs saxlanılıb

Hadisə Materials 2 Sentyabr 2026 13:59 (UTC +04:00)
Sabunçuda avtomobildən 78 min manat oğurlayan şəxs saxlanılıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Paytaxtın Sabunçu rayonu ərazisində avtomobildən 78 min manata yaxın pul vəsaiti oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 43 yaşlı T.Nəzərov saxlanılıb.

Rayon ərazisində qeydə alınan digər hadisə zamanı isə evlərin birindən elektrik naqilləri və 730 manat dəyərində su nasosu oğurlanıb. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 34 yaşlı K.Qasımov da müəyyən edilərək saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti