ABŞ qoşunları İranın buraxdığı raketlərin böyük hissəsini zərərsizləşdirib

Dünya xəbərləri Materials 2 Sentyabr 2026 09:54 (UTC +04:00)
ABŞ qoşunları İranın buraxdığı raketlərin böyük hissəsini zərərsizləşdirib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İranın hərbi obyektlərinə ABŞ zərbələrinə cavab olaraq Tehranın buraxdığı ballistik raketlərin böyük hissəsi ABŞ qoşunları tərəfindən zərərsizləşdirilib.

Bu barədə "Fox News" ABŞ administrasiyasının yüksəkvəzifəli nümayəndəsinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Yaxın Şərqdə yerləşən heç bir ABŞ hərbi bazasına ciddi ziyan dəyməyib, həmçinin ABŞ hərbçiləri arasında xəsarət alan olmayıb. Onların hamısı təhlükəsiz yerdədir.

Mənbə qeyd edib ki, İranın raket və pilotsuz uçuş aparatlarının əksəriyyəti İordaniya istiqamətində buraxılıb. Bundan əvvəl İran qüvvələri İordaniyadakı ABŞ obyektlərinə hücumlar həyata keçirdiklərini bildirsələr də, ölkə hakimiyyəti onun hava məkanına daxil olan 13 ballistik raketdən 10-nun ələ keçirildiyini açıqlayıb.

ABŞ-nin İrana qarşı sentyabrın 1-i axşam saatlarında başlayan zərbələri təxminən 6,5 saat davam edib. Zərbələr əsasən İran sahillərində, Hörmüz boğazı ərazisində yerləşən hərbi obyektlərə yönəlib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti