Bakı. Trend:
ABŞ İranın cənub-qərbindəki Əhvaz şəhərinin ətrafına raket zərbəsi endirib.
Bu barədə Xuzistan əyalətinin qubernator müavini Vəlialla Hayati bildirib.
O bildirib ki, ABŞ Əhvaz yaxınlığındakı hədəfə raket zərbəsi endirib. "Mümkün zərərin miqyası barədə daha ətraflı məlumat daha sonra açıqlanacaq", - deyə o əlavə edib.
Daha əvvəl ABŞ Mərkəzi Komandanlığı İrandakı hədəflərə bir sıra zərbələr endirildiyini bildirib.