Tramp İran xalqına müraciət edib

Dünya xəbərləri Materials 2 Sentyabr 2026 09:42 (UTC +04:00)
Tramp İran xalqına müraciət edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ-nin Prezident Donald Tramp İran xalqına müraciət edib.

Bu barədə Ağ Evin rəhbəri “Truth Social” sosial şəbəkə hesabında yazıb

Trampın sözlərinə görə, zərbələrdən sonra İran iqtisadiyyatı faktiki olaraq çökməkdədir.

“Mövcud vəziyyətimiz mənim daha çox qane edir: biz Hörmüz boğazına demək olar ki, tam nəzarət edirik, onların iqtisadiyyatı isə tamamilə çökür. Onlar sadəcə, labüd olanı ləngidirlər”, – deyə Tramp yazıb.

Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə gəlib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti