Rusiyada miqrantlarla bağlı qaydalar sərtləşdirilib

Dünya xəbərləri Materials 1 Sentyabr 2026 09:21 (UTC +04:00)
Rusiyada miqrantlarla bağlı qaydalar sərtləşdirilib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Rusiyada əmək miqrantlarının tibbi müayinədən keçirilməsi qaydaları sərtləşdirilib. Təhlükəli xəstəliklərin olmamasını və narkotik vasitələrdən istifadə faktını yoxlamaq üçün nəzərdə tutulan müddət 90 gündən 30 günə endirilib.

Bu barədə TASS məlumat yayıb.

Bildirilir ki, Rusiyaya 30 gündən artıq müddətə gələn miqrantlar hər il tibbi müayinədən keçməyə məcbur olacaqlar. Müayinənin xərclərini isə miqrantların özləri və ya işəgötürənləri ödəyəcəklər. Bu prosedur müvəqqəti yaşamaq və ya işləmək üçün icazənin alınması məqsədilə məcburi olacaq.

Tibbi müayinənin nəticələrinə əsasən müvafiq rəy tərtib ediləcək. Miqrantlarda HİV/QİÇS və ya digər təhlükəli xəstəliklər aşkar edilərsə, yaxud onların narkotik vasitələrdən istifadə etdikləri müəyyən olunarsa, tibb müəssisələri bununla bağlı Daxili İşlər Nazirliyinə və "Rospotrebnadzor"a məlumat verməli olacaqlar. Bu məlumatlar əcnəbilərin ölkədən çıxarılmasına qədər müxtəlif qərarların qəbul edilməsi üçün nəzərdən keçiriləcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti