Azərbaycan və Qırğızıstan arasındakı münasibətlər inkişafının ən yüksək səviyyəsindədir

Siyasət Materials 31 Avqust 2026 15:32 (UTC +04:00)
Azərbaycan və Qırğızıstan arasındakı münasibətlər inkişafının ən yüksək səviyyəsindədir
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Bişkek.Trend:

Azərbaycan və Qırğızıstan arasındakı münasibətlər inkişafınının ən yüksək səviyyəsindədir. Bu gün iki ölkə arasında əməkdaşlığın əsasını inteqrasiya təşkil edir.

Trend-in xüsusi müxbirinin verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Qırğızıstan Milli Strateji Təşəbbüslər İnstitutunun (MSBİ) ictimai əsaslarla direktorunun müşaviri, Analitika və koordinasiya işləri şöbəsinin eksperti Temirlan Razbayev deyib.

O qeyd edib ki, SSRİ-nin süqutundan sonra ilk dəfədir ki, Azərbaycan və Qırğızıstan arasında münasibətlər inteqrasiya prosesləri əsasında qurulur.

“Hazırda Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin səviyyəsi görünməmiş dərəcədə yüksəkdir və inkişafının ən yüksək mərhələsindədir. SSRİ-nin süqutundan sonra ilk dəfə olaraq iki ölkə arasında münasibətlərin əsasını məhz inteqrasiya təşkil edir. Bu, imzalanmış dostluq haqqında sazişlərlə də təsdiqlənir”, – deyə ekspert bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında əməkdaşlığın mühüm istiqamətlərindən biri Orta Dəhlizin inkişafında iştirakdır. “Biz Orta Dəhliz üzrə tərəfdaşıq. Bu istiqamət ölkələrimiz arasında nəqliyyat-logistika əlaqələrinin möhkəmləndirilməsi üçün yeni imkanlar açır”, – deyə Razbayev vurğulayıb.

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) qarşıdakı sammitinə toxunan ekspert tədbir çərçivəsində transsərhəd əməkdaşlıq, nəqliyyat və siyasi əməkdaşlıq məsələlərinin müzakirə oluna biləcəyini bildirib.

“Düşünürəm ki, transsərhəd məsələlər, nəqliyyat və siyasi qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunacaq belə ki, Azərbaycan S6 formatının iştirakçısına çevrilib və bu, ŞƏT çərçivəsində tərəfdaşlığı daha da gücləndirəcək”, – deyə o bildirib

Məqalədə:

Xəbər lenti

Xəbər lenti