Bakı. Trend:
Azərbaycan və Çin yaxşı dost və yaxşı tərəfdaşdır. İki ölkənin prokurorluq orqanları arasındakı əməkdaşlıq hərtərəfli strateji tərəfdaşlığın mühüm tərkib hissəsidir.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Çinin Baş prokuroru Yinq Yonq Azərbaycan və Çin Baş prokurorluqları arasında Anlaşma Memorandumunun imzalanması mərasimində deyib.
O qeyd edib ki, Çin və Azərbaycan arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında müqavilə bir ay əvvəl qüvvəyə minib.
“Müqaviləyə əsasən, iki ölkənin prokurorluq orqanları onun icrası üzrə mərkəzi orqanlar kimi müəyyən edilib.
Bu, iki ölkənin prokurorluq orqanları arasında praktiki əməkdaşlığın yekunlaşdırılması, eyni zamanda gələcək əlaqələrin inkişafına dair baxışların müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu, əməkdaşlığımızın yeni mərhələyə qədəm qoyduğunu göstərir.
Yeni başlanğıc nöqtəsi olaraq, Çinin Ali Xalq Prokurorluğu iki ölkə liderlərinin strateji rəhbərliyini əsas götürərək Azərbaycan Baş Prokurorluğu ilə müxtəlif səviyyələrdə əməkdaşlığı gücləndirməyə hazırdır. Eyni zamanda, “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində yüksək keyfiyyətli əməkdaşlığa daha güclü hüquqi dəstək göstərməyə, dostluq münasibətlərini dərinləşdirməyə, iki ölkənin və xalqlarımızın rifahına daha böyük töhfələr verməyə hazırıq”, - deyə Yinq Yonq bildirib.
