"Beşiktaş"dan ayrılan yarımmüdafiəçi ərəb ölkəsinə üz tutdu

İdman Materials 30 Avqust 2026 03:57 (UTC +04:00)
"Beşiktaş"dan ayrılan yarımmüdafiəçi ərəb ölkəsinə üz tutdu

Bakı. Trend:

"İnter"in yarımmüdafiəçisi Kristiyan Aslani karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək.

"Əl-Cəzirə" albaniyalı futbolçunu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı dayaq yarımmüdafiəçisi mövsümün sonunadək Asiya təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, Kristiyan Aslani 2025/26 mövsümünün ikinci yarısında icarə əsasında "Beşiktaş"da çıxış edib. Albaniya millisinin üzvü "qara qartallar"ın heyətində meydana çıxdığı 17 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti