Xaçmaz Rayon İcra Hakimiyyətində ali məktəblərə yüksək balla qəbul olunan məzunlar və respublika müsabiqələrinin qalibləri ilə görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 28 Avqust 2026 17:11 (UTC +04:00)
Xaçmaz Rayon İcra Hakimiyyətində ali məktəblərə yüksək balla qəbul olunan məzunlar və respublika müsabiqələrinin qalibləri ilə görüş keçirilib (FOTO)
Elvin Əhməd
Elvin Əhməd
Bütün xəbərlər

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətində ali məktəblərə qəbul imtahanlarında 600-dən yüksək bal toplayan məzunlar, habelə respublika fənn olimpiadalarının və “Ən yaxşı təqdimat” müsabiqəsinin mükafatçıları ilə görüş təşkil olunub.

Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, rayonun təhsil ictimaiyyətinin nümayəndələri, yüksək bal toplayan məzunlar və müsabiqə qalibləri iştirak ediblər.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev tələbə adını qazanan məzunları və müsabiqələrdə uğur əldə edən şagirdləri təbrik edib, onlara gələcək təhsillərində uğurlar arzulayıb. Ölkəmizdə təhsilin inkişafına yönəlmiş dövlət siyasətindən bəhs edən icra başçısı Ümummilli Lider Heydər Əliyevin təhsilə göstərdiyi diqqət və qayğının bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Elnur Rzayev, eyni zamanda, Xaçmaz rayonunda təhsilin inkişafı, maddi-texniki bazanın yenilənməsi və istedadlı gənclərin üzə çıxarılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlərdən danışıb.

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev çıxış edərək ötən tədris ilinin yekunlarına nəzər salıb. Qeyd edib ki, ötən tədris ilində Xaçmaz rayonu üzrə 1116 nəfər ali məktəblərə sənəd verib. İlkin nəticələrə əsasən, məzunlardan 613-ü tələbə adını qazanıb. Tədris ili ərzində 17 nəfər qəbul imtahanlarında 600-dən yüksək bal toplayıb, 6 nəfər respublika fənn olimpiadalarının, 1 şagird isə “Ən yaxşı təqdimat” müsabiqəsinin mükafatçısı olub.

Tədbirdə iştirak edən müəllim və şagirdlər ölkəmizdə təhsilin inkişafına göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

Sonda ali məktəblərə qəbul imtahanlarında 600-dən yüksək bal toplayan məzunlara, habelə respublika fənn olimpiadalarının və “Ən yaxşı təqdimat” müsabiqəsinin mükafatçılarına fəxri fərmanlar və xatirə hədiyyələri təqdim edilib.

Xəbər lenti

Xəbər lenti