Biləsuvarın bir sıra ərazilərində qaz kəsiləcək

Cəmiyyət Materials 27 Avqust 2026 15:24 (UTC +04:00)
Biləsuvarın bir sıra ərazilərində qaz kəsiləcək
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Avqustun 28-də Biləsuvar rayonunun bir sıra ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, buna səbəb təmir-quraşdırma işlərinin aparılmasıdır.

Bildirilib ki, avqustun 28-də saat 10:00-dan işlər yekunlaşanadək Biləsuvar şəhərinin Bayraq meydanı yaşayış massivinin, həmçinin rayonun Xırmandalı, Əliabad, Bəydili və Zəhmətabad kəndlərinin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qaz təchizatının təmir-quraşdırma işləri başa çatdıqdan sonra bərpa olunacağı qeyd edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti