A-Qroup-dan eksklüziv üstünlük: AVIS avtomobil icarəsinə bütün dünyada 10% endirim

Cəmiyyət Materials 27 Avqust 2026 10:26 (UTC +04:00)
A-Qroup-dan eksklüziv üstünlük: AVIS avtomobil icarəsinə bütün dünyada 10% endirim

Bakı. Trend:

A-Qroup sığortalı müştəriləri üçün əlavə üstünlüklər yaratmağa və onların gündəlik həyatını, eləcə də səyahətlərini daha rahat və komfortlu edən imkanları genişləndirməyə davam edir.

AVIS Rent a Car şirkətinin qlobal ofisi ilə yeni əməkdaşlıq çərçivəsində A-Qroup sığortalıları bütün dünyada avtomobil icarəsi zamanı 10% endirimdən yararlana bilərlər. İstər işgüzar səfər, istər ailəvi istirahət, istər dostlarla səyahət, istərsə də fərdi marşrut olsun — avtomobili əvvəlcədən onlayn bron etmək, xüsusi linkə keçid etməklə 10% endirimdən yararlanmaq mümkündür.

Bu eksklüziv üstünlük A-Qroup-da istənilən sığorta növü üzrə qüvvədə olan sığorta müqaviləsinə malik müştərilər üçün əlçatandır.

A-Qroup üçün müştəriyönümlülük yalnız keyfiyyətli sığorta xidməti göstərmək deyil, həm də hər bir müştəri üçün əlavə dəyər yaratmağa çalışmaqdır. Şirkət müştərilərinin həyatını daha rahat, komfortlu və xoş etmək üçün daim yeni imkanlar axtarır. Bütün dünyada AVIS avtomobil icarəsinə 10% endirim də A-Qroup-un müştərilərinə təqdim etdiyi növbəti üstünlüklərdən biridir.

Çünki yanınızda olmaq yalnız çətin anlarda sizi qorumaq deyil, həm də hər gün müştərinin rahatlığının qayğısına qalmaqdır.

A-Qroup Sığorta Şirkəti artıq 31 ildir dinamik inkişaf edərək sığorta bazarında uğurlu fəaliyyət göstərir və müştəri xidmətlərinin təkmilləşdirilməsinə, sığorta ödənişlərinin həyata keçirilməsi müddətinin qısaldılmasına və zərərlərin tənzimlənməsi prosesinin səmərəliliyinin artırılmasına diqqət yetirir. A-Qroup Sığorta Şirkəti fiziki və korporativ müştərilər üçün 14 könüllü sığorta növü üzrə geniş çeşiddə sığorta xidmətləri təqdim edir. A-Qroup. Daima Yanınızdayıq!

Xəbər lenti

Xəbər lenti