“Arsenal” hücum xəttində böyük transfer həyata keçirməyə hazırlaşır

İdman Materials 26 Avqust 2026 07:28 (UTC +04:00)
“Arsenal” hücum xəttində böyük transfer həyata keçirməyə hazırlaşır

Bakı. Trend:

İngiltərənin “Arsenal” futbol klubu hücum xəttində böyük transfer həyata keçirməyə hazırlaşır.

Baş məşqçi Mikel Arteta “Atletiko”nun argentinalı hücumçusu Xulian Alvaresin alınmasını istəyir.

İngiltərə mətbuatının məlumatına əsasən, “Arsenal” 26 yaşlı dünya çempionu üçün 130 milyon funt (291 milyon AZN) həcmində təklif göndərməyə hazırdır.

London klubu eyni zamanda futbolçunun özü ilə danışıq zamanı onun həqiqətən “Arsenal”a keçmək istədiyinə əmin olmaq niyyətindədir.

Alvares “Arsenal”ın hücum xəttini gücləndirmək üçün əsas namizəd hesab olunur. Qabriel Martinellinin “Əl-Hilal”a mümkün satışı da bu transfer üçün əlavə maliyyə imkanları yarada bilər.

Xəbər lenti

Xəbər lenti