Benyamin Netanyahu İranın oğullarından birini “öldürməyə cəhd etdiyini” bildirib

Dünya xəbərləri Xəbər 25 Avqust 2026 02:09 (UTC +04:00)
Benyamin Netanyahu İranın oğullarından birini “öldürməyə cəhd etdiyini” bildirib

Bakı. Trend:

İsrailin Baş naziri Benyamin Netanyahu İranın iki oğlundan birinə sui-qəsd etməyə cəhd göstərdiyini bildirib, lakin bununla bağlı əlavə təfərrüat açıqlamayıb.

O, bunu İsrailin “Channel 14” telekanalına telefonla verdiyi müsahibə zamanı bildirib.

“İnanılmaz bir hadisə baş verib: İran oğullarımdan birini hədəfə alıb. İran oğullarımdan birini öldürməyə cəhd edib”, - Netanyahu söyləyib.

Benyamin Netanyahunun bu açıqlaması daxili təhlükəsizlik xidməti olan Şin Betin parlament seçkiləri ərəfəsində baş nazirin əsas rəqibi hesab olunan keçmiş Baş Qərargah rəisi Qadi Ayzenkota yaxın mühafizə xidməti göstərməkdən imtina etdiyi barədə məlumatların müzakirəsi zamanı səslənib. Parlament seçkiləri oktyabrın 27-də keçiriləcək.

Benyamin Netanyahu Qadi Ayzenkotun daimi mühafizə ilə təmin edilməsinin tərəfdarı olduğunu bildirərək bunun “lüks olmadığını” vurğulayıb. “Əks halda, (iranlılar) buna nail olacaqlar”, - deyə o bildirib.

Benyamin Netanyahunun iki oğlu və bir qızı var. Onun oğullarından hansının hədəfə alındığı hələlik məlum deyil. Netanyahunun böyük oğlu, 35 yaşlı Yair 2024-cü ilin əvvəlindən etibarən ABŞ-nin Florida ştatının Mayami şəhərindədir və onun Şin Betin mühafizəsi altında olduğu bildirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti