Xocavənd. Trend:
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə növbəti köç prosesi gerçəkləşib.
Trend-in Qarabağ bürosunun məlumatına görə, Xocavənd rayonunun Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Xocavənd şəhərinə 19 ailə – 88 nəfər, Qırmızı Bazar qəsəbəsinə 11 ailə – 42 nəfər, Quzeyxırman kəndinə isə 13 ailə – 61 nəfər köçürülüb.
xxx
12:39
Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə növbəti köç karvanları yola salınıb.
Trend-in Qarabağ bürosunun məlumatına görə, Xocavənd rayonunun Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Xocavənd şəhərinə 19 ailə – 88 nəfər, Qırmızı Bazar qəsəbəsinə 11 ailə – 42 nəfər, Quzeyxırman kəndinə isə 13 ailə – 61 nəfər köçürülür.
Xəbər yenilənəcək
