Norveç Aİ-nin mövqeyinə baxmayaraq Arktikada qazma işlərini davam etdirəcəyini bildirib

Dünya xəbərləri Xəbər 24 Avqust 2026 22:41 (UTC +04:00)
Norveç Aİ-nin mövqeyinə baxmayaraq Arktikada qazma işlərini davam etdirəcəyini bildirib
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Norveç Avropa İttifaqının bu regionda qazma işlərinə moratorium tətbiq etmək niyyətinə baxmayaraq, Barens dənizində neft-qaz yataqlarının işlənməsini davam etdirəcək.

Bu barədə krallığın energetika naziri Terye Osland Reuters agentliyinə müsahibəsində bildirib.

“Geosiyasi və təhlükəsizlik sahəsində mövcud vəziyyəti nəzərə alaraq hesab edirəm ki, Barens dənizində fəaliyyətin davam etdirilməsi həm Norveçin, həm də Avropanın maraqlarına cavab verir”, - deyə o bildirib.

Norveçli rəsmi Oslonun mövqeyinin Brüsseldə anlayışla qarşılandığına əminliyini ifadə edib və Barens dənizinin resurslarının işlənməsinin ölkənin suveren hüququ olduğunu vurğulayıb. “Biz bu yataqları işlədəcəyik, bundan sonra isə Aİ bu qaz və ya neftin tədarükünə moratorium tətbiq edib-etməməyə qərar verəcək”, - deyə Osland bildirib.

Aİ-nin yeni Arktika strategiyasının sentyabrın sonunadək dərc ediləcəyi gözlənilir. Norveç Arktikada neft və qaz hasilatı üçün yeni quyuların qazılmasına moratoriumun ləğv edilməsinə nail olmağa çalışır və danışıqlarda Avropanın Norveç enerji resurslarından asılılığının artmasından təsir vasitəsi kimi istifadə edir.

Aİ-nin ötən həftə yaydığı məlumatlara əsasən, Norveç ABŞ-ni geridə qoyaraq ilk dəfə olaraq Avropa İttifaqının əsas qaz tədarükçüsünə çevrilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti