Hövsanda məktəb mühafizəçisinə hücum edənlər həbs olunub

Hadisə Xəbər 15 Oktyabr 2026 13:13 (UTC +04:00)
Hövsanda məktəb mühafizəçisinə hücum edənlər həbs olunub
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Bakının Hövsan qəsəbəsində məktəbin mühafizəçisinə hücum edərək ona ağır xəsarətlər yetirən şəxslərdən ikisi polis tərəfindən müəyyən olunaraq həbs edilib.

Trend-in əldə etdiyi məlumata görə, faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisə Hövsan qəsəbəsində yerləşən məktəblərdən birində baş verib. Bir qrup şəxs məktəbin çöl divarına ekstremist şüarlar yazmağı planlaşdırıb. Bu zaman onlarla məktəbin mühafizəçisi arasında mübahisə yaranıb. Nəticədə 10-a yaxın şəxs mühafizəçiyə hücum edərək ona ağır xəsarətlər yetirib.

Başından xəsarət alan mühafizəçi şəhər xəstəxanalarından birinə çatdırılıb və əməliyyat olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti