İran prezidenti Ermənistana gedəcək

Dünya xəbərləri Xəbər 15 Oktyabr 2026 15:06 (UTC +04:00)
İran prezidenti Ermənistana gedəcək
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran prezidenti Məsud Pezeşkian cümə axşamı (15 oktyabr) Ermənistana səfər edəcək.

İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu nazirliyin mətbuat katibi İsmayıl Bəqai deyib.

“İran prezidenti Məsud Pezeşkianın İrəvana qısamüddətli səfəri BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasına üzv dövlətlərin dövlət başçılarının 17-ci zirvə görüşündə iştirak etmək məqsədi daşıyır”, - deyə o qeyd edib.

Bəqai əlavə edib ki, zirvə görüşünün kənarında İran prezidentinin bəzi iştirakçı dövlət başçıları ilə görüşərək fikir mübadiləsi aparması nəzərdə tutulur.

“ABŞ və İsrailin İrana hərbi hava hücumları zamanında İran və region, o cümlədən Fars körfəzi və Oman körfəzinin ətraf mühitinə dəyən ziyanlar nəzərə alınaraq İranın bu iclasda iştirak etməsi önəmlidir”, - deyə o qeyd edib.

Bəqai İran xarici işlər naziri Seyid Abbas Əraqçinin 17-18 oktyabr tarixlərində keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin illik iclasında iştirak etmək üçün Bağdada səfər edəcəyini deyib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti