Bilgəhdə avtomobil aşıb, iki nəfər ölüb (VİDEO)

Hadisə Xəbər 15 Oktyabr 2026 14:14 (UTC +04:00)
Bilgəhdə avtomobil aşıb, iki nəfər ölüb (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Bakının Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Bildirilib ki, oktyabrın 14-də saat 01:35 radələrində Bakı şəhər sakini Əsgər Zərbəliyevin idarə etdiyi “Volkswagen” markalı, 77-XS-274 dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb.

İlkin məlumata görə, qəza yüksək sürət və sürücünün sükan arxasında sərxoş vəziyyətdə olması səbəbindən baş verib. Nəticədə avtomobildəki sərnişinlər – paytaxt sakini Kamran Əliyev və Qax rayon sakini Təbriz Əliyev hadisə yerində həyatlarını itiriblər.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

BDYPİ son günlər sərxoş sürücülərin təqsiri üzündən ağır yol-nəqliyyat hadisələrinin təkrarlanmasından ciddi narahatlığını bildirib. İdarə sürücüləri əksər hallarda ölümlə nəticələnən bu kimi kobud qayda pozuntularından çəkinməyə çağırıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti