Türkiyədə yük gəmisi çimərlikdə saya oturub

Dünya xəbərləri Xəbər 14 Oktyabr 2026 16:09 (UTC +04:00)
Türkiyədə yük gəmisi çimərlikdə saya oturub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Türkiyədə İstanbulun Qara dəniz sahillərində yük gəmisi saya oturub.

Bu barədə NTV telekanalı yerli Sahil-Mühafizə Xidmətinə istinadən məlumat yayıb.

Bildirilib ki, hadisə Çatlaca rayonunun ərazisində yerləşən Çilingez çimərliyinin sularında baş verib.

Mütəxəssislər gəminin saya oturduğu yerdən çıxarılması üçün hazırlıq işlərinə başlayıblar. Hazırda hadisənin səbəbləri, gəminin adı, bayrağı və növü barədə məlumat yoxdur. Telekanalın yayımladığı kadrlardan görünür ki, gəmi iri quru yük gəmisi və ya tankerə bənzəyir.

Xəsarət alanlar və ya dəniz akvatoriyasının çirklənməsi barədə də məlumat daxil olmayıb.

Qeyd edək ki, bir gün əvvəl İstanbul hakimiyyəti şəhərin ayrı-ayrı rayonlarında və ətraf ərazilərində, o cümlədən Çatalcada küləyin güclənəcəyi və sürətinin bəzi yerlərdə saatda 60-80 kilometrə çatan fırtınalı küləklərin əsəcəyi barədə xəbərdarlıq etmişdi.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti