Bakıda Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə qəbul keçirilir.
Trend-in tədbirdə iştirak edən müxbirinin verdiyi məlumata görə, təntənəli qəbul Türkmənistanın Azərbaycandakı səfiri Qurbanməmməd Elyasovun iştirakı ilə keçirilir.
Türkmənistan 2026-cı ildə müstəqilliyinin 35-ci ildönümünü qeyd edir. Ölkənin xarici siyasəti daimi neytrallıq, mehriban qonşuluq və xarici dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın inkişafı prinsiplərinə əsaslanır.
Azərbaycan və Türkmənistanı siyasi dialoqu, ticarət-iqtisadi əlaqələri, energetika, nəqliyyat və humanitar əməkdaşlığı əhatə edən strateji tərəfdaşlıq münasibətləri birləşdirir.
İkitərəfli gündəlikdə nəqliyyat-tranzit əlaqələrinin inkişafına, Orta Dəhlizin səmərəliliyinin artırılmasına, ticarət əlaqələrinin genişləndirilməsinə və energetika sahəsində birgə təşəbbüslərin həyata keçirilməsinə xüsusi diqqət yetirilir.
Türkmənistan bu ili həmçinin “Müstəqil, daimi neytral Türkmənistan – məqsədyönlü qanadlı atların vətəni” devizi altında qeyd edir.
Xəbər yenilənir...
