Zelenski Qərbdən narazıdır - kəşfiyyat məlumatları ötürmürlər

Dünya xəbərləri Xəbər 13 Oktyabr 2026 15:30 (UTC +04:00)
Zelenski Qərbdən narazıdır - kəşfiyyat məlumatları ötürmürlər
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Kiyev Rusiyanın Ukraynanın mülki infrastrukturuna zərbəsi ilə bağlı Qərb tərəfdaşlarından öncədən xəbərdarlıq almayıb.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında bildirib.

“Ballistik raketlərlə Kiyevə zərbə də endirildi — mülki infrastruktura beş raket düşdü. Təəssüf ki, bu zərbə ilə bağlı tərəfdaşlarımızdan xəbərdarlıq almamışdıq”, – deyə Zelenski bildirib.

Onun sözlərinə görə, ballistik raket buraxılışları barədə kəşfiyyat məlumatları əhalinin müdafiəsi baxımından həyati əhəmiyyət daşıyır.

“Ballistik raketlərin buraxılması ilə bağlı kəşfiyyat məlumatları insanların həyatını xilas etməyə kömək edir və bu, ən kritik məsələlərdən biridir”, – Ukrayna Prezidenti vurğulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti