Donald Tramp Putin və Zelenskinin görüşməli olduğunu düşünür

Dünya xəbərləri Xəbər 13 Oktyabr 2026 04:32 (UTC +04:00)
Donald Tramp Putin və Zelenskinin görüşməli olduğunu düşünür
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ administrasiyasının rəhbəri Donald Tramp hesab edir ki, Ukrayna böhranının nizamlanması üçün Rusiya Prezidenti Vladimir Putinlə Vladimir Zelenski arasında görüş keçirilməsi zəruridir.

Tramp bu mövqeyini oktyabrın 12-də Ohayo ştatına yola düşməzdən əvvəl Ağ Evin Cənub çəmənliyində jurnalistlərlə söhbəti zamanı ifadə edib.

“Bildiyim yeganə şey budur ki, bu mənasız müharibəyə son qoymaq üçün Zelenski və Putin görüşməlidirlər”, – deyə Tramp Ukraynada nizamlanma perspektivləri ilə bağlı suala cavabında bildirib.

“Düşünürəm ki, onlar razılaşma əldə etmək istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər. Amma biz onların razılaşma əldə etməsinə nail olacağıq”, – deyə Tramp əlavə edib.

Xatırladaq ki, sentyabrın 23-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Zelenski Rusiya rəhbərliyi ilə təmas qurmaq istəyirsə, Moskvaya gələ bilər və ona təhlükəsizlik zəmanətləri veriləcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti