Ermənistanda COP17 ilə bağlı qalmaqallı təklif irəli sürülüb

Dünya xəbərləri Xəbər 12 Oktyabr 2026 12:37 (UTC +04:00)
Ermənistanda COP17 ilə bağlı qalmaqallı təklif irəli sürülüb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Ermənistanda COP17 ilə bağlı qalmaqallı təklif irəli sürülüb.

“Armenian Today”in məlumatıa görə, “Güclü Ermənistan” fraksiyasının deputatı Edqar Kazaryan İrəvanda keçiriləcək BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransının 17-ci sessiyasının (COP17) müxalifətçi siyasətçi Qaqik Tsarukyana məxsus ölmüş dişi şirin xatirəsinə həsr olunmasını təklif edib.

Məlumata görə, Kazaryan müxalifət nümayəndəsinə qarşı hərəkətlər nəticəsində zərər çəkmiş heyvanların vəziyyəti fonunda sammitin keçirilməsini tənqid edib.

Deputat, həmçinin COP17-nin Ermənistanda keçirilməsinə dair sazişin ratifikasiyaya təqdim edilə bilməyəcəyini bildirib.

Xatırladaq ki, Ermənistanın iş adamı və “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Tsarukyanın mülkündə saxlanılan üç şir və dörd pələng İstintaq Komitəsi tərəfindən götürülərək İrəvan zooparkına təhvil verilib. Şirlərdən biri sedativ preparatın təsirindən sonra ölüb.

Qeyd edək ki, BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransının 17-ci sessiyası (COP17) 19–30 oktyabr 2026-cı il tarixlərində Ermənistanın paytaxtı İrəvanda keçiriləcək

Məqalədə:

Xəbər lenti

Xəbər lenti