Honkonqda meymunçiçəyi virusuna yoluxma halları artıb

Dünya xəbərləri Xəbər 11 Oktyabr 2026 11:39 (UTC +04:00)
Honkonqda meymunçiçəyi virusuna yoluxma halları artıb

Bakı. Trend:

Honkonqda meymunçiçəyi (mpox) xəstəliyinə yoluxma hallarının artması qeydə alınıb. Son bir ayda yoluxma hallarının sayı 70 faiz artıb.

Bu barədə Honkonqun Sağlamlığın Mühafizəsi Mərkəzinin (Centre for Health Protection, CHP) press-relizində bildirilir.

“Avqust ayından bəri 21 yeni yoluxma halı qeydə alınıb ki, bu da cari ildə qeydə alınan ümumi yoluxma hallarının 70 faizini təşkil edir”, – deyə məlumatda qeyd olunub.

“2022-ci ildən bəri Honkonqda mpox xəstəliyinə 114 yoluxma halı qeydə alınıb. Onlardan 90-ı yerli yoluxma, 24-ü isə xaricdən gətirilən hallardır. Bütün xəstələr kişilərdir. Bu ilin əvvəlindən indiyədək 30 yoluxma halı qeydə alınıb. Onlardan 23-ü yerli, yeddisi isə xaricdən gətirilən hallardır”, – deyə məlumatda bildirilir.

Qurum qeyd edir ki, Honkonqda mpox xəstəliyinə yoluxma hallarının əhəmiyyətli dərəcədə artması ilə əlaqədar CHP “yoluxma zəncirini qırmaq məqsədilə çoxşaxəli yanaşma əsasında hədəfli profilaktika və nəzarət tədbirləri həyata keçirir”. Mpox xəstəliyinə qarşı peyvəndləmə proqramı çərçivəsində vurulan vaksinlərin sayı artır.

Xəbər lenti

Xəbər lenti