Bakı. Trend:
Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.
Sərəncama əsasən, Dövlət Komissiyasının tərkibi aşağıdakı kimi müəyyən edilib:
Komissiyanın sədri
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Komissiya sədrinin müavini
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini
Komissiyanın üzvləri:
Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
Azərbaycan Respublikası daxili işlər nazirinin müavini
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı
Balakən Rayon İcra Hakimiyyətinin başçısı
Qax Rayon İcra Hakimiyyətinin başçısı
Qazax Rayon İcra Hakimiyyətinin başçısı
Samux Rayon İcra Hakimiyyətinin başçısı
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı
Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti rəisinin müavini
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin rəisi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsinin rəisi
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində “Geodeziya və Kartoqrafiya Agentliyi”nin sədri
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyəti sədrinin müavini”.
