Gənclər valideynləri ilə deyil, süni intellektlə məsləhətləşirlər - Vüqar Zifəroğlu

Cəmiyyət Xəbər 9 Oktyabr 2026 12:19 (UTC +04:00)
Gənclər valideynləri ilə deyil, süni intellektlə məsləhətləşirlər - Vüqar Zifəroğlu
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Müasir informasiya mühitində gənclər ciddi informasiya təzyiqi ilə üzləşirlər və onların bir qismi valideynləri ilə məsləhətləşmək əvəzinə süni intellektə müraciət edir.

Trend-in tədbirdə iştirak edən müxbirinin məlumatına görə, bunu Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, Mətbuat Şurası sədrinin müavini Vüqar Zifəroğlu “Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda konfrans çərçivəsində keçirilən “Müasir informasiya mühitində gənclərin rəqəmsal savadlılığı və milli dəyərlər” adlı panelin moderatoru kimi çıxışında deyib.

O bildirib ki, hazırda hər kəs virtual dünyanın bir hissəsinə çevrilib və insanlar gündəlik olaraq çoxlu sayda xəbər və məlumat əldə edirlər. Bu məlumatların arasında həm doğru informasiyalar, həm də dezinformasiyalar var.

V.Zifəroğlunun sözlərinə görə, müəyyən yaş və həyat təcrübəsinə malik insanlar əldə etdikləri məlumatları sorğulaya və onların doğruluğunu qiymətləndirə bilirlər. Lakin daha gənc nəslin və uşaqların informasiya təzyiqi ilə üzləşməsi onların hansı təsirlərə məruz qala biləcəyi ilə bağlı narahatlıq doğurur.

O qeyd edib ki, Z nəslinin nümayəndələri ilə gündəlik ünsiyyətdə olur və texnologiyanın onların həyatına təsirini müşahidə edir. Dekanın sözlərinə görə, hazırda onun təxminən 700 tələbəsi var.

“Elə gənclər var ki, onlar evdə valideynləri ilə deyil, süni intellektlə məsləhətləşirlər”, – deyə V.Zifəroğlu bildirib.

O vurğulayıb ki, bu, düşündürücü və ciddi məsələdir. V.Zifəroğlu birinci paneldə ailə dəyərləri ilə bağlı aparılan müzakirələrə də diqqət çəkərək, milli-mənəvi dəyərlərin yaşadılması üçün zərurət yarandıqda mübarizə aparmağın vacibliyini qeyd edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti