"Qalatasaray" Türkiyədə oynamış forvardla maraqlanır

İdman Xəbər 8 Oktyabr 2026 13:52 (UTC +04:00)
"Qalatasaray" Türkiyədə oynamış forvardla maraqlanır

Bakı. Trend:

ABŞ milli komandasının hücumçusu Hacı Rayt Türkiyəyə geri qayıda bilər.

Türkiyə mətbuatının məlumatına görə, 28 yaşlı forvard “Qalatasaray”ın maraq dairəsindədir.

İstanbul təmsilçisi “Koventri”nin hücumçusunu mövsümün sonunda heyətinə qatmağı planlaşdırır.

“Cim-bom” Viktor Osimhenlə rəqabətə girə biləcək forvard axtarışındadır. “Porto”dan icarəyə götürülmüş Deniz Gülün performansından razı qalmayan “Qalatasaray” yayda Hacı ilə anlaşmaq istəyir. Onun “Koventri” ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

Amerikalı forvard “Şalke”, “Sandhauzen”, “Venlo”, “Antalyaspor” klublarında çıxış edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti