Bakı. Trend:
ABŞ Prezidenti Donald Trampın Texas ştatında tərəfdarları qarşısında çıxışının ilk 45 dəqiqəsi ərzində onu sözü 12 dəfə kəsilib.
Bu barədə Ağ Evin mətbuat korpusu məlumat yayıb. Amerika lideri çıxışını davam etdirib.
Etirazçılardan biri polis əməkdaşları tərəfindən qandallanaraq zaldan çıxarılıb. Digər etirazçılar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qandalsız çıxarılıb və ya özləri zalı tərk ediblər. Zalı tərk edən etirazçılardan birinə Trampın tərəfdarlarından biri hücum edib.
“Bunlar pul müqabilində gətirilmiş etirazçılardır. Onlara ölkəmizin düşmənləri pul ödəyir”, — deyə prezident bildirib.
ABŞ-də noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkiləri ərəfəsində Amerika lideri ölkənin müxtəlif ştatlarına səfərlər edir və tərəfdarları qarşısında çıxışlar edir. Seçkilərdə Senatın (ABŞ Konqresinin yuxarı palatası) 100 üzvündən 33-ü, eləcə də Nümayəndələr Palatasının (Konqresin aşağı palatası) bütün 435 üzvü yenidən seçiləcək. Hazırda Respublikaçılar Partiyası Konqresin hər iki palatasına nəzarət edir.
