Tailandda daşqınlarda ölənlərin sayı 50 nəfəri ötüb

Dünya xəbərləri Xəbər 7 Oktyabr 2026 10:30 (UTC +04:00)
Tailandda daşqınlarda ölənlərin sayı 50 nəfəri ötüb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Tailandda daşqınlar nəticəsində ölənlərin sayı 52-yə çatıb, ölkənin şimal, mərkəzi və şərq əyalətlərində təbii fəlakətin fəsadları təxminən 3,2 milyon insana təsir edib.

Bu barədə Təbii Fəlakətlərin Qarşısının Alınması və Fəsadlarının Aradan Qaldırılması Departamenti məlumat yayıb.

Ən ağır vəziyyət Praçinburi əyalətində (19 ölü), Samutprakan (9) və Suphanburi (5) əyalətlərində müşahidə olunur.

“Bir çox rayonlarda leysan yağışları, həmçinin şimaldan gələn və ölkənin mərkəzi hissəsindəki su kütlələri ilə birləşən sular səbəbindən hazırda 27 əyalətin ərazisində daşqınlar müşahidə olunur”, - deyə departamentin baş direktoru Nirat Phonqsittithavon bildirib.

O qeyd edib ki, hakimiyyət orqanları vəziyyəti gün ərzində monitorinq etməkdə davam edir, suyun çəkilməsi və əhaliyə yardım göstərilməsi üçün texnika və şəxsi heyət cəlb olunur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti