Bakı.Trend:
Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbəri Auqust Hanninq (1998-2005-ci illərdə bu vəzifəni tutub) casusluqda şübhəli bilinərək saxlanılıb.
Bu barədə “Bild” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, BND-nin keçmiş rəhbəri dövlət sirrinin yayılmasında, dövlətə xəyanətdə və xarici dövlətin xeyrinə casusluqda ittiham olunur. “Bild”in iddiasına görə, Hanninq Federal Kəşfiyyat Xidmətinin rəhbərliyində çalışmış keçmiş əməkdaşdan məxfi məlumatları pul müqabilində alıb.
Nəşrin əldə etdiyi məlumata görə, o, həmin məlumatları “konsaltinq fəaliyyəti çərçivəsində yenidən satmaq” istəyib. Hanninq və onun ehtimal olunan əlbirinə qarşı araşdırmanı Almaniyanın baş prokuroru aparır.
