Bakı. Trend:
Azərbaycan AQEM-in Asiyada dialoqun, qarşılıqlı etimadın və əməkdaşlığın təşviqində özünəməxsus rolunu yüksək qiymətləndirir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial media hesabında Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) üzv dövlətlər və tərəfdaşlara ünvanlanmış təbrikdə qeyd edilib.
"AQEM sədri kimi Azərbaycan "Daha güclü AQEM: Asiyada bağlantılılıq, rəqəmsallaşma və dayanıqlı inkişaf" devizi altında təşkilatın məqsədlərinin təşviqinə sadiqliyini bir daha təsdiqləyir", - deyə əlavə edilib.
AQEM-in çağırılması təşəbbüsü ilk dəfə 5 oktyabr 1992-ci ildə
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən BMT Baş
Assambleyasının 47-ci sessiyası zamanı irəli sürülmüşdür. Bu
təşəbbüsün irəli sürülməsində əsas məqsəd Asiyada təhlükəsizliyin
təmin olunması üzrə effektiv və universal platformanın yaratmaq
olmuşdur. Təşəbbüs bir sıra dövlətlər, o cümlədən Azərbaycan
tərəfindən dəstəklənmişdir.
Hazırda AQEM-in 28 üzvü vardır (Azərbaycan, Əfqanıstan, Bəhreyn,
Kamboca, Çin, Misir, Hindistan, İran, İraq, İsrail, İordaniya,
Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Fələstin, Koreya
Respublikası, Rusiya, Tacikistan, Tailand, Türkiyə, BƏƏ,
Özbəkistan, Vyetnam, Qətər, Banqladeş, Şri-Lanka və Küveyt).
