Bakı. Trend:
ABŞ ordusu İranın dəniz blokadasını lazım olduğu qədər uzun müddət davam etdirmək iqtidarındadır.
Bunu ABŞ-nin müdafiə naziri Pit Heqset bildirib.
“Blokadanı bizə lazım olduğu qədər davam etdirə bilərik”, – deyə onun sözlərini ABŞ KİV-i sitat gətirib.
O, həmçinin ABŞ-ın Hörmüz boğazında vəziyyətə nəzarət etdiyini və tankerlərin boğazdan “hər gecə, demək olar ki, müharibədən əvvəlki səviyyədə” keçdiyini bir daha vurğulayıb.