Tovuzda evdə baş vermiş yanğın nəticəsində qadın ölüb

Hadisə Xəbər 3 Oktyabr 2026 10:31 (UTC +04:00)
Tovuzda evdə baş vermiş yanğın nəticəsində qadın ölüb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Tovuz rayonunun Qovlar şəhərində fərdi yaşayış evində baş vermiş yanğın nəticəsində qadın ölüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Xəqani küçəsində yerləşən evdə yanğın barədə “112” qaynar telefon xəttinə məlumat daxil olub. Dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər ümumi sahəsi 100 kvadratmetr olan birmərtəbəli evdə yanğını qısa müddətdə söndürüblər.

Yanğın nəticəsində üçotaqlı evin bir otağında yataq dəsti və döşəmə bir kvadratmetr sahədə yanıb. Hadisə nəticəsində 1984-cü il təvəllüdlü Nüşabə Musa qızı Hüseynova vəfat edib.

Evin böyük hissəsi yanğından mühafizə olunub. Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti