Türkiyədə futbol hakimləri işi üzrə 5 nəfər həbs edilib - (FOTO)

Dünya xəbərləri Xəbər 3 Oktyabr 2026 10:51 (UTC +04:00)
Türkiyədə futbol hakimləri işi üzrə 5 nəfər həbs edilib - (FOTO)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Türkiyə Futbol Federasiyasının (TFF) Mərkəzi Hakimlər Komitəsinin (MHK) sədri Ferhat Gündoğdu, TFF Fəal Hakimlər Dərnəyinin sədri Ferdi Karadoruk, MHK-nın sabiq üzvü Yunus Yıldırım, TFF Hakimləri və Müşahidəçiləri Dərnəyinin İstanbul şöbəsinin məsul şəxsi Alican Sağlar və İstanbul İl Hakimlər Komitəsinin sədri Emre Kosif barəsində həbs qətimkan tədbiri seçilib.

"Haber7"nin məlumatına görə, Türkiyədə İstanbul Baş Prokurorluğunun Qanunsuz Mərc oyunları və İdman Cinayətləri Bürosunun apardığı “Hakimlər işi” üzrə istintaq davam edir.

Ahmet Şahin və Sebahattin Şahin isə xaricə çıxış qadağası qoyulmaqla məhkəmə nəzarəti altında sərbəst buraxılıblar.

Prokurorluğun məlumatına görə, araşdırma zamanı hakim və müşahidəçilərin obyektiv əsas olmadan təsnifatdan çıxarılması, təyinat və qiymətləndirmə proseslərinə müdaxilə edilməsi, hakimlərin şəxsi və sosial əlaqələrinə əsasən qruplaşdırılması, 2025-ci ildə Riva şəhərində keçirilən imtahanda bəzi sənədlərin dəyişdirilməsi və MHK sədri Ferhat Gündoğdunun bir hakimi hədələməsi ilə bağlı sübut və ifadələr əldə edilib.

İstintaq çərçivəsində şübhəlilər vəzifədən sui-istifadə, hədələmə, rəsmi sənəddə saxtakarlıq, etimaddan sui-istifadə və şəxsi məlumatların qanunsuz qeydə alınması kimi cinayətlərdə şübhəli bilinirlər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti