Putin Ural regionunda keçirilən Rusiya hərbi təlimlərini izləyib

Dünya xəbərləri Xəbər 2 Oktyabr 2026 21:21 (UTC +04:00)
Putin Ural regionunda keçirilən Rusiya hərbi təlimlərini izləyib
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Prezidenti Vladimir Putin Rusiyanın Ural bölgəsində, Çelyabinsk vilayətində yerləşən Çebarkul poliqonuna baş çəkərək burada keçirilən “Mərkəz-2026” strateji komanda-qərargah təlimini izləyib.

Bu barədə Prezident Administrasiyasının informasiya-məlumat xidmətindən məlumat verilib.

"Təlimə 47 mindən çox hərbçi cəlb olunub. Onlar 11 poliqonda və Xəzər dənizinin akvatoriyasında tapşırıqları yerinə yetirirlər. Təlimin əsas məqsədi xarici təcavüzün dəf edilməsi zamanı qoşunların idarə olunması üzrə bütün səviyyələrdə qərargahların rəhbər heyətinin bacarıqlarının təkmilləşdirilməsidir. Təlim iştirakçıları yeni silah və hərbi texnikanı praktikada tətbiq edir, bununla yanaşı, bütün tapşırıqlar xüsusi hərbi əməliyyatın keçirilməsi təcrübəsi nəzərə alınmaqla yerinə yetirilir", – deyə Rusiya prezidenti giriş nitqində xüsusilə qeyd edib.

Təlimin gedişi barədə dövlət başçısına müdafiə naziri Andrey Belousov, müdafiə nazirinin müavini Yunus-bek Yevkurov və Quru Qoşunlarının Baş Komandanı Andrey Mordviçov məruzə ediblər.

Öz növbəsində Kreml Belarus, Çin və Pakistanın təlimlərdə iştirak etmək üçün hərbi kontingent göndərdiyini açıqlayıb. Təlimlərdə strateji bombardmançı təyyarələr də iştirak edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti