Bakı.Trend:
Hazırda Polşada Pentaqonun təxminən 7 min hərbçisi var.
Bu barədə ölkənin milli müdafiə nazirinin müavini Sezari Tomçik RMF FM radiostansiyasının efirində bildirib.
Onun sözlərinə görə, son illərdə respublikadakı ABŞ hərbi kontingentinin sayı 6 mindən 10 min nəfərədək dəyişib.
ABŞ hərbçiləri Polşada NATO-nun "İrəli Quru Qüvvələri" (Forward Land Forces) və "Atlantik Qətiyyət" (Atlantic Resolve) əməliyyatları çərçivəsində yerləşdirilib.
Bundan əlavə, Polşa hakimiyyəti öz ərazisində ABŞ-nin daimi hərbi bazasını yerləşdirməyə və ona ABŞ lideri Donald Trampın adını verməyə hazır olduğunu açıqlayıb. Tramp özü də belə bir bazanın yaradılması ehtimalını istisna etmədiyini təsdiqləyib. Onun sözlərinə görə, məsələ hazırda nəzərdən keçirilir və hətta bununla bağlı qərarın artıq qəbul edilməsi də mümkündür.
