Bərdədə qəza zamanı xəsarət alanların kimliyi məlum olub (YENİLƏNİB) (FOTO)

Hadisə Xəbər 1 Oktyabr 2026 18:52 (UTC +04:00)
Bərdədə qəza zamanı xəsarət alanların kimliyi məlum olub (YENİLƏNİB) (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bərdə. Trend:

Bərdə rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin kimliyi məlum olub.

Trend-in Qarabağ bürosu xəbər verir ki, qəza nəticəsində Rəhimli Şəmsəddin, Sadiqov İsaq, Sadıqov Elşad, Qasımov Samir və Ərganov Cavid müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda onların müalicəsi tibb müəssisəsində davam etdirilir.

18:27

xxx

Bərdə rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in Qarabağ bürosunun əldə etdiyi məlumata görə, qəza Şahvəlilər kəndi ərazisində qeydə alınıb.

Hadisə zamanı “KIA Rio” markalı, 77-EM-412 dövlət qeydiyyat nişanlı avtomobillə “VAZ-2106” markalı, 02-BV-656 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

Nəticədə bir neçə nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım briqadası tərəfindən Ağdam Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır

Məqalədə:

Xəbər lenti

Xəbər lenti