Rusiya Ukrayna ilə atəşkəs deyil, davamlı sülh istəyir – Peskov

Dünya xəbərləri Xəbər 2 Oktyabr 2026 10:10 (UTC +04:00)
Rusiya Ukrayna ilə atəşkəs deyil, davamlı sülh istəyir – Peskov
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Rusiya Ukrayna ilə atəşkəs deyil, davamlı sülh istəyir.

TASS-ın məlumatına görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Prezidentin dünən dediyi kimi, bizə atəşkəs lazım deyil, bizə sülh lazımdır”, – deyə Peskov bildirib.

O, Rusiya tərəfinin danışıqlara hər zaman açıq olduğunu da vurğulayıb.

Peskov bu fikirləri Türkiyə və BMT-nin Qara dənizdə atəşkəsə dair Rusiya və Ukrayna arasında danışıqlar hazırladığı barədə yayılan məlumatları şərh edərkən səsləndirib.

“Rusiya tərəfi danışıqlara hər zaman açıqdır”, – deyə Peskov qeyd edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti