"Huawei" yeni "Mate 90" flaqman smartfon seriyasını təqdim edib

Dünya xəbərləri Xəbər 1 Oktyabr 2026 08:39 (UTC +04:00)
"Huawei" yeni "Mate 90" flaqman smartfon seriyasını təqdim edib

Bakı. Trend:

Çinin "Huawei" şirkəti flaqman Kirin çipləri ilə təchiz edilmiş yeni Mate 90 smartfon seriyasını təqdim edib.

Qadcetlərin təqdimatı “Weibo” sosial şəbəkəsində yayımlanıb.

Seriyaya "Mate 90", "Mate 90 Pro", "Mate 90 Pro Max" modelləri, həmçinin Mate 90 Pro Max-ın kolleksiya versiyaları daxildir. "Mate 90" modelində "Kirin 9030", "Mate 90" Pro-da "Kirin 9035", Mate 90 Pro Max-da isə mikrosxemlərin çoxsəviyyəli optimallaşdırılmasını nəzərdə tutan “məntiqi bükülmə” texnologiyasına malik flaqman "Kirin 9050 Pro" çipi istifadə olunur. Bu çip daha az enerji sərfiyyatı ilə daha yüksək hesablama gücü təmin edir. Qadcetlər HarmonyOS 7 əməliyyat sistemi ilə işləyir.

"Mate 90 Pro Max" sənayedə üç eSIM və bir fiziki SIM kart olmaqla, dörd SIM kartı dəstəkləyən ilk smartfon olub.

"Mate 90 Pro Max" smartfonu üçün 1 düymlük CMOS sensorla təchiz edilmiş xarici Ruying Z10 fotoçəkiliş modulu nəzərdə tutulub. Modul 24-240 mm fokus məsafəsini və 10x optik yaxınlaşdırmanı təmin edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti