Rusiya Macarıstan diplomatlarının ölkəni tərk etməsini tələb edib

Dünya xəbərləri Xəbər 1 Oktyabr 2026 15:48 (UTC +04:00)
Rusiya Macarıstan diplomatlarının ölkəni tərk etməsini tələb edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Moskvadakı Macarıstan səfirliyinin, eləcə də ölkənin Sankt-Peterburq və Kazandakı baş konsulluqlarının bir qrup əməkdaşından iki həftə ərzində Rusiya ərazisini tərk etmələrini tələb edib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, bu qərar Rusiyanın diplomatlarının Macarıstandan çıxarılmasına cavab olaraq atılan analoji addımdır. XİN Budapeştin hərəkətlərini “əsassız və açıq şəkildə qeyri-dost münasibət” kimi qiymətləndirib.

Macarıstan Xarici İşlər Nazirliyi Moskvanın qərarını təsdiqləyib və eskalasiyada maraqlı olmadığını, lakin Rusiyadakı diplomatik fəaliyyətini davam etdirmək niyyətində olduğunu açıqlayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti