NASA-nın "Crew-13" heyəti bu gün Beynəlxalq Kosmik Stansiyaya yola düşəcək

Dünya xəbərləri Xəbər 1 Oktyabr 2026 06:22 (UTC +04:00)
NASA-nın "Crew-13" heyəti bu gün Beynəlxalq Kosmik Stansiyaya yola düşəcək

Bakı. Trend:

"Crew-13" kosmik missiyasının oktyabrın 1-də axşam saatlarında Beynəlxalq Kosmik Stansiyaya (BKS) buraxılması planlaşdırılır.

Bu barədə NASA rəsmiləri Florida ştatındakı Kennedi Kosmik Mərkəzində keçirdikləri mətbuat konfransında bildiriblər.

Qeyd edilib ki, heyət bütün hazırlıqları başa çatdırıb. NASA-nın orbital proqram meneceri Dana Vayqel əlverişsiz hava şəraitinin buraxılışa təsir etməyəcəyini və uçuşun təhlükəsiz dəhliz vasitəsilə həyata keçiriləcəyini qeyd edib. O əlavə edib ki, buraxılış baş tutarsa, bu, ABŞ kosmik gəmisinin BKS-ə təxminən səkkiz saat davam edən rekord uçuşu olacaq.

"SpaceX" şirkətinə məxsus "Crew Dragon" gəmisinin Florida ştatındakı Kanaveral burnundan Bakı vaxtı ilə saat 18:10-da buraxılması, gəminin stansiyaya isə oktyabrın 2-də gecə saatlarında birləşməsi nəzərdə tutulur.

"Crew-13" missiyasının heyətinə NASA astronavtları Cessika Uotkins və Lyuk Delaney, Kanada Kosmik Agentliyinin (CSA) astronavtı Coşua Kutrik, eləcə də "Roskosmos" kosmonavtı Sergey Teteryatnikov daxildir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti