Bakı. Trend:
ABŞ hərbçiləri iyulun ortalarında İranın dəniz blokadasının bərpa olunmasından etibarən 125 ticarət gəmisinin istiqamətini dəyişdirib.
Bu barədə sentyabrın 30-da ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində yazıb.
“30 sentyabr tarixinə CENTCOM qüvvələri blokadanın ciddi şəkildə icrasını təmin edərək 125 kommersiya gəmisinin istiqamətini dəyişdirib”, – deyə bildirilib.