Dubaydan Təl-Əvivə uçan təyyarə Səudiyyə Ərəbistanına enib (YENİLƏNİB)

Dünya xəbərləri Xəbər 30 Sentyabr 2026 11:10 (UTC +04:00)
Dubaydan Təl-Əvivə uçan təyyarə Səudiyyə Ərəbistanına enib (YENİLƏNİB)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

“Flydubai” aviaşirkətinin Dubaydan Təl-Əvivə uçan təyyarəsi Səudiyyə Ərəbistanına uğurla enib.

Bu barədə “Times of Israel” məlumat yayıb.

İlkin məlumata görə, həyəcan siqnalının səbəbi təyyarənin göyərtəsində baş verən dava ola bilər. Bildirilir ki, uçuş zamanı "Boeing 737" təyyarəsinin pilotu ekipajın digər üzvü ilə fiziki münaqişəyə girib və insident də bununla əlaqədar baş verib.

Eniş zamanı ekipaj əvvəlcə ümumi fövqəladə vəziyyətin olduğunu bildirən 7700 kodunu, daha sonra isə qanunsuz müdaxilə və ya təyyarənin mümkün qaçırılması barədə siqnal olan 7500 kodunu göndərib.

xxx
10:44

Dubaydan Təl-Əvivə uçan sərnişin təyyarəsi qısa müddət əvvəl Səudiyyə Ərəbistanı üzərində uçarkən fövqəladə vəziyyət siqnalı ötürüb.

Bu barədə "Times of Israel" məlumat yayıb.

Uçuşların izlənməsi məlumatlarına görə, "Flydubai" aviaşirkətinə məxsus təyyarə əvvəlcə beynəlxalq fövqəladə vəziyyət siqnalı olan “7700” kodunu göndərib. Qısa müddət sonra isə qaçırılma və ya qanunsuz müdaxilə mənasını verən “7500” kodu ötürülüb.

Təhlükəsizlik mənbələrinin məlumatına görə, İsrail Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri sözügedən təyyarəyə doğru havaya qaldırılıb. İvritdilli KİV-lər Baş nazir və müdafiə nazirinin fövqəladə məsləhətləşmələr keçirdiyini bildirir. Təyyarə hazırda uçuşların izlənməsi üzrə saytlarda artıq görünmür. Hadisə ilə bağlı hələlik əlavə məlumat yoxdur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti